11 noyabr 2016 - 19:27
Məhz Türkiyə Ermənistana 50 milyon dollar yardım edib

Rəsmi İrəvan Türkiyədən hansı məqsədlə yüklərin ölkəyə gətirilməsi məsələsinə aydınlıq gətirə bilməyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2015-ci ildə Türkiyə Ermənistana humanitar yardım göndərib.

Bu barədə Ermənistanın "Johovurd" nəşri məlumat yayıb.

Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, 2015-ci ildə Türkiyədən ölkəyə 50 milyon dollar dəyərində 5 min ton humanitar yardım daxil olub.

Qəzetin araşdırması zamanı məlum olub ki, Ermənistan Türkiyədən humanitar yardım olaraq kauçuk, plastmas, rezin və bu kimi məhsullar alıb.

Bu arada Ermənistan hökuməti qəzetin sorğusuna cavab olaraq Türkiyədən humanitar yardım alınması məsələsini tamamilə inkar edib. Rəsmi İrəvan Türkiyədən hansı məqsədlə yüklərin ölkəyə gətirilməsi məsələsinə aydınlıq gətirə bilməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags