Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi Ərbəin ziyarəti üçün Kərbəlaya yollanmaqda olan zəvvar heyyətini qəbul edərkən buyurublar: “Zəvvarlar nizam-intizamsızlıqdan çəkinməli, təmizliyə maksimum dərəcədə riayət etmək və israfdan çəkinməlidirlər. Xətiblər ziyarətin müstəhəb, namazın isə vacib olduğunu təkidlə vurğulamalıdırlar.”
Belə kütləvi Ərbəin ziyarətinin illər öncə arzu olduğunu deyən Ali Təqlid Mərcəsi artıq bu izdihamlı möhtəşəm ziyarətin İmam Hüseyn (əleyhi səlam) bərəkətinə baş tutduğunu və İslamın əzəmətini ortaya qoyduğunu bildirib.
“Ərbəin mərasimində insanların kütləvi hüzuru İslamın və Şiəliyin vasitəsiz təbliğatıdır. Heç bir ümmətin və məzhəbin dünyada belə bir möhtəşəm mərasimi yoxdur” – deyə Məkarim Şirazi həzrətləri bildiriblər.
Ayətullah Məkarim Şirazi Ərbəin zəvvarlarına, nizam-intizama riayət etmək, ətrafı çirkləndirməmək və təmizliyə maksimum riayət etmək, müstəhəb ziyarətlə yanaşı vacib namazlara xüsusilədə camaat namazlarına diqqət yetirmək, Kərbəlada uzun müddət qalmaqla izdihama səbəb olmamaq, israfa yol verməmək və sair tövsiyələrini verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır