8 noyabr 2016 - 15:12
İŞİD-in Üçüncü Əhəmiyyətli Adı Əbu Hamzin öldürülüb

Mosul əməliyyatları komandiri polkovnik Əhməd əl-bazar, etdiyi şərhdə, İŞİD-in "üçüncü adamı" Əbu Hamzin əl-Mühacir əl-Ənsari adlı təşkilat rəhbərinin, Mosulun cənubundakı Hammam əl-Alil nahiyəsinə təşkil edilən əməliyyatlar əsnasında öldürüldüyünü söylədi.

Əhlibeyt (ə.s) Xəbər Agentliyinin verdiyi məlumata görə -Əhməd el Bazari:şəhərin cənub cəbhəsindəki qarşıdurmaları idarə edən Əbu Hamzənin İraq ordusu tərəfindən evdə gizləndiyi zaman öldürüldüyü məlumatını verdi.

İraq qüvvələrinin strateji əhəmiyyətə sahib Hammam əl-Alil nahiyəsində nəzarəti təmin etməsindən sonra 2 min adamın bölgədən köç etdiyi bildirilib, əksəriyyət Mosulun cənubundakı kəndlərə, bir qisimi də Əl-Ced'a Qaçqın düşərgəsinə köçüb." 

Qeyyd edək ki, İraq Baş naziri Heydər əl-İbadi, 17 Oktyabrda Mosulu terror təşkilatı olan İŞİD-dən qurtarma əməliyyatının başladığını bildirmişdi.

Diqqət-xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!