Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əksər ölkələrdən Kərbəlaya gedən ziyarətçilər Ərbəin mərasimlərinə qatılmaq üçün bu məqsədlə İran İslam Respublikasını ən təhlükəsiz yol bilirlər.
Bu haqda açıqlama verən İran İslam Respublikasının Astara Gömrüyünün müdiri Cəlal Diyansai Azərbaycan Respublikası vətəndaşlarının karvanlar halında Ərbəin mərasiminə qatılmaq məqsədiylə Astara sərhəd qapısını istifadə edərək Kərbəlaya getməkdə olduqlarını bildirib.
Azərbaycanlı Əhli-beyt (əleyhim səlam) aşiqlərinin İİR-İraq sərhədindəki Mehran gömrüynü keçdikdən sonra Kərbəla istiqamətinə piyada getməyə başladıqlarını ifadə edən Diyansai, keçən il bu məqsədlə təkcə Astara sərhəd qapısından 4700 Azərbaycanlı Şiənin Kərbəlaya getdiyini və bu ədədin bu il 6500 adam olmasının gözlənildiyini bildirib.
Xorasani Rəzəvi əyalətində yerləşən Taybad Sərhəd şəhəri qubernatoru Hüseyin Şərafət də `İRNA'-ya verdiyi açıqlamada Əfqanıstan Respublikasından 1500 nəfərin təkcə dünən Bazar günü Kərbəlada Ərbəin mərasimlərinə qatılmaq üçün İran İslam Respublikasına daxil olduqlarını deyib.
Digər tərəfdən İran İslam Respublikasının Pakistandakı səfirlik və konsolosluqları, Pakistan vətəndaşlarının Ərbəin mərasiminə qatılmaq məqsədiylə İİR torpaqlarından istifadə etmək üçün çox sayda viza aldıqlarını açıqlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır