1 noyabr 2016 - 19:15
İraq gücləri Mosulun mərkəzinə çatdı.

Skynews televiziyası, İraq xüsusi qüvvələrinin Mosul şəhər mərkəzindəki televiziya binasını ələ keçirdiyini, Könüllü Xalq Gücləri (Haşd Şabi) isə Mosulun cənub-qərbindəki 30 kvadrat kilometrlik bir sahəni nəzarət altına aldığını bildirdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Mosul əməliyyatında sürətli bir şəkildə irəliləyən İraq təhlükəsizlik qüvvələri bu gün şəhər mərkəzinə girdiyi bildirildi.

Skynews televiziyası, İraq xüsusi qüvvələrinin Mosul şəhər mərkəzindəki televiziya binasını ələ keçirdiyini, Könüllü Xalq Gücləri (Haşd Şabi) isə Mosulun cənub-qərbindəki 30 kvadrat kilometrlik bir sahəni nəzarət altına aldığını bildirdi .

Xəbərə görə İraq təhlükəsizlik gücləri, şəhərin şərq tərəfindən irəliləyişini davam etdirərək Kukecli və əl-kerm bölgələrini İŞİD-dən qurtardı və Kukecli bölgəsindəki televiziya binası təhlükəsizlik gücləri tərəfindən nəzarət altına alındı.

İraqın əl-Forat televiziyası, təhlükəsizlik güclərinin bu gün şəhər mərkəzindəki Devihle bölgəsinə girdiyini ifadə edərkən, İraq televiziyası da təhlükəsizlik qüvvələrinin Kukecli'den sonra şəhərin şərqindəki ilk məhəllələrə girdiyini bildirdi.


Könüllü Xalq Gücləri bünyəsində iştirak edən Bədir Təşkilatı, bu gün əməliyyatlarla əlaqədar etdiyi şərhdə, İŞİD'in Mosulun qərbindəki ən böyük tunel şəbəkəsinin ortaya çıxarıldığını ifadə etdi. Şərhdə, bu tunel şəbəkəsinin Farfara kəndində təyin olunduğu və tunellərdə ünsiyyət sistemlərinin, C-4 partlayıcı anbarlarının və havan toplarının olduğu qeyd edildi.

abna24.com-xəbərdən istifadə etdikdə istinad vacibdir!