Keçmiş Pentaqon rəsmisi, Səudiyyə rejiminin Yəməndə yüzlərlə insanı ölümünə səbəb olan yas evində törətdiyi qətliama, ABŞ-ın birbaşa yardım etdiyini iddia edib.
Qırıcı təyyarə mühəndisi və keçmiş Pentaqon rəsmisi olan Pyer Sprey, baş verən terror hadisəsi ilə bağlı açıqlama verərkən bildirib ki, əgər hücumu edən Səudiyyə təyyarələri Ər-Riyad yaxınlığındakı Şahzadə Sultan bazasından qalxıbsa, təyyarələr ABŞ Hava Qüvvələrinin tanker təyyarələri ilə yanacaqdoldurma həyata keçirmişdir. Yəmənə daha yaxın bir bölgədə də Kral Xalid bazası var. Ancaq Husilərin Səudiyyə Ərəbistanı daxilindəki uğurlu əməliyyatlarına görə Ər-Riyad rəhbərliyi burada çox təyyarə saxlamır.