Əhlibeyt Xəbər Agentliyi abna - İran Daxili İşlər naziri Abdulrıza Rahmani Fazli Bakıda təşkil olunan görüşdə Azerbaycanlı həmkarı Ramil Usubov ilə bir araya gəldi.
Rahmani Fazli bu görüşdə, bölgədə qeyri-sabitlik və radikalizmin adi hal almasına işarə edərək, təəssüf ki, beynəlxalq güclər ölkələrinin daxili işlərinə qarışaraq terrorist qruplara siyasi, maliyyə və maddi-texniki dəstək verir deyə vurğulayıb.
"Hazırda Suriyada kiçik diametrdə bir dünya müharibəsini görə bilərik" deyən Rahmani Fazli, "Radikalizmin istənilən növü və xüsusilə də dini radikalizm qəbul edilə bilməz. İŞİD, Əl-Qaidə və Nusra Cəbhəsi kimi təkfiri qrupların qaynağı Vəhabilikdir. Bu səbəblə biz daha da çox əməkdaşlıq edərək terrorizmə qarşı mübarizəni gücləndirməliyik.
İranın narkotik və insan qaçaqçılığıyla mübarizə etdiyini söyləyən Rahmani Fazli, iki ölkənin bu sahədə də əməkdaşlıq etməsinin lazım olduğunu vurğuladı.
İran və Azərbaycan sərhədlərinin etibarlı və sabit olduğuna işarə edən Rahmani Fəzl, "Sərhədlərin daha da etibarlı olması üçün səy göstərməliyik. Ayrıca iki ölkə arasında iqtisadi fəaliyyətləri də inkişaf etdirməliyik" deyə nazir bildirib.
Azərbaycan Daxili İşlər naziri Ramil Usubov da bu görüşdə, Azərbaycanın terrorist qruplar, mütəşəkkil cinayətkarlıq, narkotik və insan alveri ilə mübarizədə İran ilə əməkdaşlıq etməyə hər zaman hazırlıqlı olduğunu ifadə edərək, "İki ölkə, polis təşkilatı təcrübələrini paylaşaraq işbirliklərini inkişaf etdirməlidir".
4 oktyabr 2016 - 14:34
Xəbər kodu: 783321
İran Daxili İşlər naziri Abdulrıza Rahmani Fazli Bakıda təşkil olunan görüşdə Azərbaycanlı həmkarı Ramil Usubov ilə bir araya gəldi.