28 aprel 2015 - 20:43
General Süleymani İslam Şurası Məclisində - parlamentdə - Foto

General Süleymani Əfqanıstan, İraq, Suriya, Yəmən və Livan haqda millət vəkillərini geniş məlumatlandıraraq ifratçılıqla mübarizədə məhz İran İslam Respublikasının sadiq olduğunu və böyük bir hay küy ilə terror əleyhinə koalisiya təşkil edən ölkələrin (admin: nəzrədə ABŞ və müttəfiqləri tutulur) bu yöndə heç bir irəliləyiş əldə etmədiklərini vurğulayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, mərhum İmam Xomeyni (Allah məqamını daha da ali etsin) həzrətlərinin fərmanı sayəsində yaranan İslam İnqilabı Keşikçilərinin – Sepahın Qüds qanadının generalı, Hac Qasım Süleymani İslam Şurası Məclisində iştirak edib.

Məlumata əsasən İran İslam Respublikasının parlamentindəki mühafizəkarlarınfraksiyasına qatılan General İslam Şurası Məclisinin Spikeri Əli Laricani cənabları ilə görüşüb.

Spiker İran İslam Respublikasının və məntəqə ölkələrinin hazırkı vəziyyəti haqda bir sıra ilkin izahatlar verdikdən sonra, General Süleymani Əfqanıstan, İraq, Suriya, Yəmən və Livan haqda millət vəkillərini geniş məlumatlandıraraq ifratçılıqla mübarizədə məhz İran İslam Respublikasının sadiq olduğunu və böyük bir hay küy ilə terror əleyhinə koalisiya təşkil edən ölkələrin (admin: nəzrədə ABŞ və müttəfiqləri tutulur) bu yöndə heç bir irəliləyiş əldə etmədiklərini vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər