Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nüvə danışıqlarında ABŞ və İran arasında bəzi mühüm aspektlər üzrə irəliləyiş əldə olunub
ABŞ dövlət katibi Con Kerri və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İsveçrənin Montrö şəhərində nüvə proqramına dair 2 gündür davam edən danışıqları yekunlaşdırıblar.
Con Kerri görüşün nəticələrinə dair mətbuata heç bir açıqlama verməyib.
Mənbənin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı bəzi mühüm aspektlər üzrə Vaşinqton və Tehran arasında müəyyən irəliləyiş əldə olunub. Tərəflərin, xüsusən, “sanksiyalar problemi”nə dair müəyyən razılaşmaya nail olunduğu bildirilir.
Bundan əvvəl İran ABŞ prezidenti Barak Obamanın Tehranın nüvə proqramına dair fəaliyyətini 10 il müddətinə təxirə salmaq təklifini rədd etmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır