2 mart 2015 - 02:13
 İŞİD-ə qarşı yeni ordu quruldu

İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirak etmək üçün yeni bir ordu qurulub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirak etmək üçün yeni bir ordu qurulub

İraqın Səlahəddin vilayətinin valisi Raid Əl-Cuburi sünni ərəblər tərəfindən qurulan “Üməyyə Əl-Cbara” ordusuna baş çəkib.

İŞİD-ə qarşı qurulan orduda ölkənin müxtəlif vilayətlərindən gələn könüllülər yer alıb. Səlahəddin valisi vilayətin İŞİD-dən tamamilə azad edilməsi üçün əməliyyatların başlama vaxtının yaxınlaşdığını deyib.

Vilayət Məclisinin təhlükəsizlik komissiyasının başçısı Casim Cibara isə qurulan orduda türkmənlərin də olduğunu vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər