Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,ISID yaraqlıları yeni əraziləri zəbt etmədikdə onların maliyyə mənbəyi azalır
Bu barədə Terrorizmin maliyyələşdirilməsini tədqiq edən Fransa qrupunun yeni hesabatında deyilir. Maliyyə tədbirləri üzrə işçi qrupu İraq və Suriyada geniş əraziyə nəzarət edən ISID yaraqlıları qrupunun hazırkı maliyyə axınının qarşısını almaq üçün qlobal səviyyədə səylərin artırılmalı olduğunu bildirib.
Hesabatda qeyd edilir ki, silahlı qrup gəlirinin əksər hissəsini zəbt etdiyi yeni ərazilərdə cinayətkarlıqla əldə edir. Qrup öz qəddar əməllərini neft obyektlərini ələ keçirmək, banklar və fermerləri soymaq, insan oğurlayaraq pul tələb etmək və xariciləri ianələr verməyə cəlb etməklə maliyyələşdirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır