11 fevral 2015 - 02:47
Suriya və İraqda 20 mindən artıq əcnəbi döyüşür

Təqribən 20 min əcnəbi Suriya və İraqda gedən hərbi əməliyyatlarda, xüsusilə də, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ​Suriya və İraqda 20 mindən artıq əcnəbi döyüşür

Təqribən 20 min əcnəbi Suriya və İraqda gedən hərbi əməliyyatlarda, xüsusilə də, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.

Bu məlumatları ABŞ Konqresinin Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinin sənədlərinə istinadən "Associated Press" yayıb.

Qeyd olunur ki, terrorçuların tərəfində Qərb dövlətlərinin ən azı 3,4 min vətəndaşı döyüşür.

Sənədlərə əsasən, 150 ABŞ vətəndaşı münaqişə zonasına düşməyə cəhd göstərib. Bildirilir ki, vətəndaşların bir qismi Suriya və İraqa gedən yolda saxlanılıb, qalan hissəsi isə hərbi əməliyyatlarda həlak olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər