6 fevral 2015 - 09:52
Avropada İŞİD bayraqları

Bosniya polisi bir kənddə bir neçə evin üzərində İslam Dövləti (İD) silahlı qruplaşmasının bayraqlarının asılması barədə məlumat alıb və həmin kənddə reyd keçirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bosniya polisi bir kənddə bir neçə evin üzərində  (İSID) silahlı qruplaşmasının bayraqlarının asılması barədə məlumat alıb və həmin kənddə reyd keçirib.

Polisin sözçüsü bildirib ki, "asılan bayraqlar yığışdırılıb". Reyd fevralın 5-də şimalşərqi Gornja Maoca kəndində baş tutub.

Fevralın 4-də yerli televiziya bir evin damında yellənən ağ-qara İD bayrağını göstərib. Gornja Maoca kəndi Brcko şəhəri yaxınlığında yerləşir. Vəhhabi kəndi sayılan bu ərazidə son illər polis bir neçə dəfə əməliyyat keçirib.

Bosniya kəşfiyyatı İraq və Suriyada 150 bosniyalının döyüşdüyünü bildirir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər