Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sionist İsrail rejimi müharibədən qorxduğunu etiraf etdi
İsrail rejimi Rusiya vasitəsilə "Hizbullah" və İranla müharibə etmək istəmədiyini açıqlayıb
İsrail rejimi rəhbərliyi Rusiya vasitəsi ilə İran və "Hizbullah" təşkilatına müraciət ünvanlayıb. Müraciətdə qeyd edilib ki, İsrail rejimi İran və "Hizbullah" təşkilatı ilə vəziyyəti gərginləşdirmək fikirlərinin olmadığını bildirib.
İsrail rejiminin "10 TV" kanalının məlumatında qeyd edilir ki, sionist rejimi şəhid etdiyi "Hizbullah" komandirləri və iranlı generalını özünümüdafiə çərçivəsində həyata keçirilən əməliyyat kimi qiymətləndirib.
Sionist rejim rəsmilərinin fikrincə, İran və "Hizbullah" təşkilatı mütləq İsrailin bu cinayətinə cavab verəcəklər. Və ona görə də, İsrail rejimi ordusu komandanlıqdan ehtiyyat tədbirlərinin gücləndirilməsi təlimatı alıb.
Rusiya vasitəsi ilə göndərilən müraciətdən dərhal sonra İsrail rejimi ordusu geniş miqyaslı təlimlərin keçirilməsinə başlayıb.
Qeyd edək ki, yanvarın 18-də İsrail rejiminə məxsus vertoylotun atdığı raketlə Suriyanın Quneytrə bölgəsində 1 iranlı general daxil olmaqla, 5 "Hizbullah" komandiri şəhid edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır