Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən Prezidenti istefa verdi
Yəməndə gərginlik səngimir. Hökumətdən sonra, Yəmən prezidenti Əbdurabbun Mənsur Hadinin də istefa verdiyi bildirilir.
Bu barədə ABŞ hökumətinin nümayəndəsi bəyanat yayıb.
Husi təşkilatı və Yəmən höküməti arasında paytaxt Sənada qarşıdurmaya son qoyulmasına dair razılıq əldə edilməsinə baxmayaraq, bəzi şahidlər hələ də, Yəmən prezidentinin evi və iqamətgahının mühasirədə olduğunu deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır