22 yanvar 2015 - 16:13
"İrana qarşı yeni sanksiyalar strateji səhvdir"

Los Anceles Tayms qəzetinin internet səhifəsində yer alan bir məlumata görə, Klinton Vinnipeqdə(Kanada) etdiyi çıxışı zamanı deyib: bildiyimizə görə, hazırda İran və digər dövlətlər arasında əldə olunmuş müvəqqəti anlaşmaya əsasən İranın nüvə proqramı durdurulub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Sabiq baş katib Hillari Klinton hazırkı şəraitdə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini strateji səhv adlandırıb

Los Anceles Tayms qəzetinin internet səhifəsində yer alan bir məlumata görə, Klinton Vinnipeqdə(Kanada) etdiyi çıxışı zamanı deyib: bildiyimizə görə, hazırda İran və digər dövlətlər arasında əldə olunmuş müvəqqəti anlaşmaya əsasən İranın nüvə proqramı durdurulub.

Amerika üçün hazırkı vəziyyəti məhv edə və başqalarının əlinə bəhanə verə biləcək məsələ, yeni sanksiyaların tətbiq edilməsidir. Əgər ABŞ Konqresi yeni sanksiyalar tətbiq edərsə, Rusiya və Çinin Amerikadan uzaqlaşması ehtimalı güclənmiş olacaq. Bu isə strateji bir səhvdir.

H.Klinton son Paris olaylarına da münasibət bildirib: "Biz, əsasən tolerant və sülhsevər insanlar olan müsəlmanlara qarşı deyilik. Amma, bu gün dünyanın üz-üzə olduğu həqiqətlərə də göz yuma bilmərik. Bu həqiqət, İslam dünyasında bir növ təhlükəli ifratçılığın olmasıdır."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər