Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mohəmməd Rəsulallah(s.ə.s.) manevri İran prezidentinin iştirakı ilə başa çatıb
İran İslam Respublikası ordusunun Muhəmməd Rəsulallah(s.ə.s.) adı altında keçirilən böyük manevri İran prezidenti və yüksək rütbəli komandanlarının iştirakı ilə dəniz paradı ilə altı gün Oman dənizində keçiriləndən sonra başa çatıb.
Daxil olan məlumata görə, böyük Muhəmməd Rəsulallah(s.ə.s.) manevri İran ordusu və silahlı qüvvələri üçün mühüm nailiyyətlər və dəyərli nəticələrə çatmaq və nəzərdə tutulan hədəflərin reallaşması ilə İran İslam Respublikası ordusunun dəniz, quru, hava və hava hücumundan müdafiə qüvvələrinin ahəngdarlığı və yorulmaz səyləri ilə bir həftədən sonra bu gün səhər işini başa vurub.
İran İslam Respublikası ordusunun dəniz qüvvələri müntəzəm taktiki düzülüşlə əzəmətli dəniz paradı keçirərək, özlərinin dəniz qüdrəti və döyüş hazırlıqlarını nümayiş etdiriblər. Bu paradda xalq qüvvələri formasında çoxlu sayda yerli qayıq, müxtəlif hava-dəniz və uçuş bölmələrinin sualtı qayıqları, 100-dən yuxarı raketatan, səth-hücum və sair tipli qayıqdan istifadə olunub.
Dəniz qüvvələrinin hərbi qayıqları gənc komandanların dəqiq proqramlaşdırmaları və istiqamətləndirmələri ilə müxtəlif məntəqələr və Oman dənizi və Hind Okeanı üzrə geniş bir ərazidən minlərlə mil məsafəni keçərək, bu əzəmətli paradda iştirak ediblər.
Müqəddəs İran İslam Respublikası quruluşunun regional təhlükəsizlik və davamlı sabitlik üçün region ölkələri ilə sülh və dostluq müraciətlərinin elan olunması, partizan döyüşləri və böhranlı şəraitdə ordu bölmələrinin döyüş hazırlıqlarının gücləndirilməsi, yüksək rütbəli hakimlər tərəfindən manevrdə iştirak edən qüvvələrin fəaliyyətlərinin dəyərləndirilməsi, ölkənin müdafiə sənayesinin daxili və yerli nailiyyətlərindən istifadə və onların əməliyyat qüdrətinin dəyərləndirilməsi, gənc və təcrübəli zabitlər arasında təcrübələrin mübadiləsi, müştərək taktiki əməliyyat və taktikaların məşq edilməsi, komandanlıq birliyi və ahəngdarlığı bu manevrin mühüm nailiyyətlərindən olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Mohəmməd Rəsulallah(s.ə.s.) manevri başa çatıb
Mohəmməd Rəsulallah(s.ə.s.) manevri İran prezidentinin iştirakı ilə başa çatıb
1 yanvar 2015 - 02:53
Xəbər kodu: 661924
İran İslam Respublikası ordusunun Muhəmməd Rəsulallah(s.ə.s.) adı altında keçirilən böyük manevri İran prezidenti və yüksək rütbəli komandanlarının iştirakı ilə dəniz paradı ilə altı gün Oman dənizində keçiriləndən sonra başa çatıb.