29 dekabr 2014 - 17:02
Qalmaqallı karikaturaçı Azərbaycandan qaçdı

G.Ağayevin son - Azərbaycan rəhbərliyinin açıq- aşkar təhqir olunduğu əsərləri isə hətta hökumətin qatı tənqidçiləri tərəfindən də qınaqla qarşılanmışdı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qalmaqallı karikaturaçı Gündüz Ağayev Azərbaycandan qaçıb.

Bu barədə karikaturaçının həmkarları məlumat veriblər.

Bildirək ki, 34 yaşlı G.Ağayev özünün Azərbaycan cəmiyyətindəki problemləri gülüş hədəfinə çevirən karikaturaları ilə məşhurdur.

Ancaq onun yaradıcılığında açıq və qərəzli radikallıq da müşahidə olunurdu. G.Ağayevin son - Azərbaycan rəhbərliyinin açıq- aşkar təhqir olunduğu əsərləri isə hətta hökumətin qatı tənqidçiləri tərəfindən də qınaqla qarşılanmışdı.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər