21 dekabr 2014 - 04:15
İŞİD bu dəfə öz döyüşçülərini edam etdi

İŞİD terror qruplaşması 100 əcnəbi döyüşçüsünü edam edib.əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror qruplaşması 100 əcnəbi döyüşçüsünü edam edib.əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər.

Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının “hərbi xidmətdən” yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər