Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Avropa ölkələrinə ABŞ-ı NATO-dan qovmaq təklifini verib.
Narışkin bu barədə Avropada güvən böhranını aradan qaldırmaqla bağlı keçirilən beynəlxalq dəyirmi masasında bildirib.
“Mənim fantastik təklifim var. Mən avropalı partnyorlarımıza ABŞ-ı blokdan qovmağı təklif edərdim”, - Narışkin deyib.
Onun fikrincə, bu addımdan sonra Avropada sabitlik və təhlükəsizlik tezliklə əvvəlki vəziyyətinə qayıdacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır