23 noyabr 2014 - 02:28
Kobanidə iki Britaniya vətəndaşı öldürüldü

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Britaniya vətəndaşlığı olan iki döyüşçüsü Suriyada öldürülüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Britaniya vətəndaşlığı olan iki döyüşçüsü Suriyada öldürülüb

bu barədə “iTv News” telekanalı xəbər yayıb.

Məlumata görə, 21 yaşlı Abu Abdulla Al-Xabaşi və 20 yaşlı Abu Darda Suriyanın Kobani şəhərində ABŞ təyyarələrinin aviazərbələri zamanı zərərsizləşdirilib.

Öldürülmüş döyüşçülərin hər ikisi London sakinidir. Onlardan birinin bir neçə dəfə İŞİD-in təbliğat xarakterli videolarına çəkildiyi bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər