18 noyabr 2014 - 19:21
Ağızda əriyən zərif tort!

Dadlı, zərif, yumşaq və ağızda əriyən tort.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Dadlı, zərif, yumşaq və ağızda əriyən tort. Eyni zamanda çox sadə və tez bir zamanda hazırlanır!

Sizə lazım olacaq maddələr:

Biskvit:

1. Yumurta 3 ədəd.

2. Şəkər 150 g.

3. İysiz bitki yağı 100 ml.

4. Süd 125 ml.

5. Qabartma tozu yarım yemək qaşığı.

6. Vanil şəkəri1 yemək qaşığı.

7. Un 250 g.

Sous:

1. Süd 125 ml.

2. Kakao 1 yemək qaşığı.

3. Şəkər 50 g.

4. Şokolad 50 g.

Bundan əlavə:

Hindqozunun talaşları

Hazırlanması:

Biskvit:

1. Qarışdırıcının daxilinə yumurta, şəkər və vanil şəkərini qoyun.

2. Yüksək sürətli qarışdırıcı ilə 3 dəqiqə yaxşıca qarışdırın.

3. Süd əlavə edin.

4. Yüksək sürətli qarışdırıcı ilə 3 dəqiqə yaxşıca qarışdırın.

5. Bitki yağı, qabartma tozu və unu əlavə edin.

6. Əldə olan qarışığı hamar olana qədər qarışdırıcı ilə yaxşıca qarıştırın.



7. İçinə yağlı kağız qoyulmuş 19x19 sm ölçüdə olan qabın daxilinə tökün və daha sonra qabı sobanın daxilinə qoyub 180 C istilikdə 30 dəqiqə saxlayın.

8. Sonra qabı sobadan çölə çıxarıb qoyun bir qədər soyusun.

9. Soyuduqdan sonra qabı çevirərək kağızı biskivitin üzərindən götürün.

Sous:

1. Süd, şəkər, kakao və şokoladı kiçik bir qazan qoyaraq, qaynatmaq həddinə qədər ocaq ustundə saxlayın.

2. Otaq temperaturunda soyudun (maye sousu əlavə edin).

Daha sonra:

1. Soyudulmuş tortu kub şəklində 16 yerə bölün.



2. Kənarlarını nazik sürətdə kəsin.

3. Hər 4 tərəfi sousa batırın. Daha yaxşı isladmaq istəyirsinizsə hər tərəfi 15 saniyə və ya daha çox sousa basıb saxlayın.

4. Azca saxlayın qoy özünü yaxşıca tutsun və ...

5. Sonra hər dörd tərəfi hindqozu talaşına batırın.



6. Tortun alt hissəsini yerə qoyub üstünə yavaşca sous sürtün və talaşı üzərinə tökün.
Beləcə sizin tortunuz hazırdır.

İndi siz dərhal onu dada bilərsiniz!

Nuş Olsun!


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır