18 noyabr 2014 - 02:50
Türkiyədən həyəcan təbili: "Faciənin eşiyindəyik"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada davam edən böhrandan çıxmaq üçün əhatəli strategiyaya ehtiyac olduğunu bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada davam edən böhrandan çıxmaq üçün əhatəli strategiyaya ehtiyac olduğunu bildirib

Çavuşoğlu ABŞ-la mövqe yaxınlaşması olduğunu, Əsədin də tezliklə hakimiyyətdən getməsinin vacibliyini vurğulayıb.

Türkiyənin faciənin kəndarında olduğunu deyən Çavuşoğlu Hələbin ələ keçiriləcəyi halda 2 milyon insanın sərhədə axışacağını qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər