Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Trace İnternational adlı biznes təşkilatı özünün Qlobal Rüşvət Riski İndeksi adlı göstəricisini tədqim edib.
Trace Matrix adlanan bu indeks hər bir ölkə üzrə 100 ballıq sistemlə hesablanır. İdeya ondan ibarətdir ki, hər bir ölkədə iş görəniş adamı burda ondan rüşvət istəniləcəyi riskini qiymətləndirə bilsin.
Nigeriya məsələn, 100 baldan 97 bal yığıb. Bu o deməkdir ki, burda rüşvətsiz iş görmək praktiki olaraq mümkün deyil.
İndeksbiznesin hökumətlə qarşılıqlı əlaqələri, korrupsiya əleyhinə qanunların vəziyyəti, hökumətin və vətəndaş cəmiyyətinin açıqlığı, şəffalığı, medianın durumu kimi sahələrə qiymət verilməsi əsasında müəyyən olunur.
197 ölkə arasında Azərbaycan rüşvət riskinə görə 140-cı yeri tutur. Müqayisə üçün, Gürcüstan 11-ci, Ermənistan 87-ci, Rusiya 134-cü yerdədir. Biznesə rüşvət riskinin ən az olduğu ölkələr İrlandiya, Kanada, Yeni Zelandiya, Honq Konq, İsveç və başqalarıdır.
Ən axırıncə yerdə Nigeriyadır. Özbəkistan 194-cüdür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Hz. Peyğəmbər: Allah Təala rüşvət alanı, verəni və aralarındakı vasitəçini lənətləyir
Qlobal Rüşvət Riski İndeksində Azərbaycan 197 ölkə arasında 140-cıdır
14 noyabr 2014 - 14:47
Xəbər kodu: 651361
197 ölkə arasında Azərbaycan rüşvət riskinə görə 140-cı yeri tutur. Müqayisə üçün, Gürcüstan 11-ci, Ermənistan 87-ci, Rusiya 134-cü yerdədir.