13 oktyabr 2014 - 11:57
İŞİD Türkiyə sərhədinə hücum etdi

Terror təşkilatı Kobanidə bomba yüklü avtomobillə kamikadze hücumu təşkil edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Terror təşkilatı Kobanidə bomba yüklü avtomobillə kamikadze hücumu təşkil edib

həftələrdir şiddətli toqquşmaların baş verdiyi Suriyanın Kobani şəhərində bu gün yerli vaxtla saat 13:00 radələrində şiddətli partlayış meydana gəlib. Əvvəlcə partlayışın ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın İŞİD (İraq Şam İslam Dövləti) sipərlərinə edilən hava hücumu zənn edilib. Türkiyənin Şanlıurfa şəhərinin Suruc rayonunda qısamüddətli təşvişə səbəb olan şiddətli partlayışın səbəbi qısa müddətdə məlum olub.

Belə ki, Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi İŞİD-in Kobanidə Türkiyə sərhədinə yaxın bomba yüklü avtomobillə kamikadze hücumu təşkil etdiyini açıqlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər