13 oktyabr 2014 - 02:00
“Rusiyada xarici yatırım partlayışı olacaq”

Rusiyanın ən böyük ikinci bankı “VTB”nin prezidenti Andrey Kosti qərb investorların Rusiya iqtisadiyyatına pul yatırtmaq istədiyini açıqlayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Rusiyanın ən böyük ikinci bankı “VTB”nin prezidenti Andrey Kosti qərb investorların Rusiya iqtisadiyyatına pul yatırtmaq istədiyini açıqlayıb

Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğv ediləcəyi təqdirdə xarici sərmayələrdə ani artım gözlədiklərini deyən bank rəhbəri ümidli danışıb:

“Sanksiyalar ləğv olunarsa Rusiyaya maraq kəskin şəkildə artacaq və investisiya partlayışını müşahidə edəcəyik. Qərb investorlarının Rusiya iqtisadiyyatına böyük marağı var. Son görüşlərdə biz buna bir daha şahid olduq. Vaşinqtonda baş tutan son danışıqlar onu göstərdi ki, amerikalılar Rusiyada bizimlə iş birliyinə hazırdır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər