Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Koalisiya qüvvələrinin hava hücumundan sonra geri çəkilməyə məcbur olan İŞİD qısa fasilədədn sonra gecəyarısı ağır texnika ilə yenidən Kobaniyə hücuma keçib.
bu barədə "Reuters"ə PKK-nın Suriya qolu olan PYD başqanı Asiya Abdullah məlumat verib. Onun sözlərinə görə, İŞİD şəhəri yendən mühasirəyə alaraq üç istiqamətdən hücuma keçib. Artıq onların tanklarla şəhərin iki məhəlləsinə daxil olduğunu deyib.
"Kim nə edəcəksə indi etsin. Bizə kömək edin. Şəhərdə mülki vətəndaşlar var. Səsimizi eşidin", - deyə dünya ictimaiyyətinə müraciət edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır