Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Pakistanda Şiələrə qarşı növbəti təxribat işi aparılıb.
Belə ki, Allahsız vəhhabi ünsürləri Pakistanın Xeybərpəxtunxah əyalətinin Kuhat şəhərinin xiyabanlarının birində hərəkət edən minibus daxilində quraşdırılmış bubi bombasın partladaraq, bir çox günahsız Şiələri Səhid etmiş və yaralamışlar.
Terror hadisəsi nəticəsində xəsarət alanlar haqqda danışan həkimlərdən biri bildirib: “Minibusun partladılması nəticəsində 4 nəfər günahsız vətəndaş Şəhid olmuş, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.”
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin məlumatına görə, yaralanlar sırasında Pakistan Şiələrinin Seyyid Şəhənşah adlı tanınmış Ruhanisi də vardır.
Xatırladaq ki, bu artıq Xeybərpəxtunxah əyalətində son bir həftə ərzində ikinci terror əməliyyatıdır ki, azğın vəhhabiəqidəli Taliban yaraqlıları tərəfindən bubi bombasını nəqliyyat vasitəsində quraşdırmaqla həyata keçirlir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır