Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Qobustan həbsxanasına köçürülür.
Bu barədə vəkili Anar Qasımlı bildirib:
“Mövsüm Səmədov Qaradağ rayonunda yerləşən Qobustan qapalı cəzaçəkmə müəssisəsinə göndəriləcək. Bu barədə təqdimat verilib.
Oktyabrın 9-u, saat 2-də onun məhkəmə prosesi keçiriləcək. Səbəb isə Mövsüm Səmədovun guya bir neçə dəfə xəbərdarlığın edilməsinə baxmayaraq, daxili nizam-intizam qaydasını pozmasıdır. Təqdimatda AİP liderinin 3 il müddətinə Qobustanda saxlanılması istənilib. “
Qeyd edək ki, AİP sədri 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla - hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək - 12 il müddətinə azadlıqdan məhrum olunub.
Bu ilin sentyabr ayının 18-də saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq 12 saylı həbsxanaya köçürülüb. Partiya sədrinə qarşı cəza tədbirləri getdikcə sərtləşdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır