2 oktyabr 2014 - 19:05
Azərbaycan Rusiyadan "Terminator" alır - Foto

T-72 tanklarının şassisinin bazasında yaradılmış "Terminator-2" döyüş heyətinin sayını 5-dən 3-ə endirmək mümkün olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Rusiyadan "Terminator-2" döyüş maşınlarını almaq barədə danışıqlar aparır.

Qeyd edək ki, "Uralvaqonzavod" korporasiyasının istehsalı olan "Terminator"ların silah dəstinə 30 millimetrlik avtomatik top, tank əleyhinə səsdən iti "Ataka-T" raketlərinin iki buraxılış qurğusu, iki avtomatik AQ-17D qumbaraatanı və çapı 7,62 millimetr olan pulemyot daxildir.

Döyüş maşınında üç operatorun olması gecə və gündüz, ən çətin hava şəraitində, 360 dərəcəlik sektorda hətta ən kiçik ölçülü hədəfləri aşkar etməyə imkan yaradır. T-72 tanklarının şassisinin bazasında yaradılmış "Terminator-2" döyüş heyətinin sayını 5-dən 3-ə endirmək mümkün olub.

Terminator-2

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər