29 sentyabr 2014 - 12:19
Yaxın Şərqdəki terrorçuları maliyyələşdirən Səudiyyə Şahzadəsi imiş

Livan "əl-Cədid" televiziya kanalı Səudiyyə Ərəbistanının bölgədəki terrorist qrupları dəstəklədiyini göstərən sənədləri ifşa edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərəbistan bölgədə terroristləri dəstəkləməyə davam edir

Livan "əl-Cədid" televiziya kanalı Səudiyyə Ərəbistanının bölgədəki terrorist qrupları dəstəklədiyini göstərən sənədləri ifşa edib.

Səudiyyə Şahzadəsi Bəndər Bin Sultanın İraq, Suriya və Misirdə başda İŞİD olmaqla təkfirçi terror təşkilatlarına dəstək verən ən güclü şəxs olduğu aydın olub.

Ortaya çıxan sənədlərdə göstərilir ki, Bəndər Bin Sultan terroristlərə hər cür silah göndərilməsi və əvəzlərinin ödənməsi mövzusundakı əsas adamdır.

Livanın sözügedən televiziya kanalı Bəndər Bin Sultanın terroristlər üçün ayrıca büdcə ayırdığı və Səudiyyə Ərəbistanı kralının xüsusi katibi də sözügedən büdcəni Ərəbistan büdcəsindən Bin Sultana kömək adı altında verdiyini bildirir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər