Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Islam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Azərbaycan Respublikasının rabitə naziri ilə görüşüb
İki ölkənin rabitə nazirlərinin Az.R-nın rabitə nazirliyi binasında baş tutan bu görüşün ardınca, tərəflər , münasibətlərin genişləndirilməsi xüsusilə də rabitə və texnologiyalaı zəminində əməkdaşləqların möhkəmləndirilməsinin üzərində təkid ediblər.
İran Islam Respublikasının rabitə və informasiya texnologiyalarının beynəlxalq məsələlər üzrə müavini Haşimi bu səmimi görüş çərçivəsində ölkəsinin ct və it zəminlərində İranın xüsusi sektorunun malik olduğu yüksək qabiliyyətə işarə edərək deyib : " Biz bu müstəvidə , iki ölkənin xüsusi sektorunun əlaqəsinin sıxlaşdırılması üçün əsaslı addımların atılmasına əlverişli zəmin yaratmağa hazırıq ".
Onun sözlərinə görə, rabitə zəminində iki ölkənin dövlət rəsmiləri arasında çox yaxşı münasibətlər mövcuddur və biz yeni texnologiyalar zəminində iki ölkənin xüsusi sektorunun fəalları arasında səmərəli addımların atılmasına zəmin yaratmaq barədə düşünürük.
Az.R-nın rabitə və modern texnologiyalar naziri Əli Abbasov da bu görüş çərçivəsində iki ölkənin müxtəlif sahələrdə malik olduğu möhkəm münasibətlərinə işarə edərək İran-Az.R-nın xüsusi sektorunda rabitə texnologiyaları müstəvisində əlaqələrin bərqərar edilməsinin vacibliyini vurğulayıb.
Rabitə zəminində iki ölkənin xüsusi sektorunun nümayəndələri ilə əlaqələri möhkəmləndirmək , bu sahədə xüsusi məhsulların istehsalı üçün proqramlaşdırma və hədəf bazarlarında birgə iştirak bu tədbirdə diqqət mərkəzində qərar tutan mübahisə predmetlərindən olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır