Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT-nin baş katibi Pan Ki Mun qlobal və regional çağırışların həllində Rusiyanın dəstəyinə arxalanır.
Ümumdünya təşkilatın liderinin sözlərinə görə, TŞ-nın daimi üzvü olan, həmçinin BRİKS və G20-nin tərkibinə daxil olan RF sabit inkişafdan iqlim dəyişikliyinə kimi, Yaxın Şərq, Afrika münaqişələrindən Koreya yarımadasındakı vəziyyətə kimi regional və qlobal çağırışların həllində xüsusi rola malikdir: «Bir yerdə biz dünyanı daha yaxşı edə bilərik və bu, borcumuzdur. Bilirəm ki, Rusiyada bizi dəstəkləyir», - deyə o, bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır