Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam İnqilabının Böyük Rəhbərinin üzərində gedən cərrahiyyə əməliyyatından təqribən bir saat sonra prezidenti Həsən Ruhani xəstəxanada o həzrətin ümumi səhhəti ilə tanış olub.
Həsən Ruhani bu görüşdə Böyük İnqilab Rəhbərinin ümumi səhhətinin tam normal olduğuna görə Allaha şükür edib.
Bu cərrahiyyə əməliyyatından sonra prezident Ruhani Böyük İnqilab Ruhaninin ümumi səhhətinin tam normal olmasından sevincini qeyd edərək deyib: Hamı Böyük İnqilab Rəhbərinin səhhəti, ömrünün bərəkətli olması eləcə də o həzrətin İran xalqı və İslam ictimaiyyəti üçün xidmət istiqamətində atdığı addımlarının daha da genişlənməsi üçün dua etməliyik.
Dünya müsəlmanlarının Vəliyyi Əmri Həzrət Ayətullah Əl-Uzma Xameneinin ümumi səhhətinin qənaət bəxş olmasından və səhhətində heç bir problem müşahidə olmamasından şad olduğunu qeyd edərək xatırladıb: Böyük Rəhbərin üzərində aparılan cərrahiyə əməliyyatından sonra bir sıra cüzi narahatlıqların olması tam təbiidir. Xoşbəxtlikdən o həzrətin üzərində gedən cərrahiyyə əməliyyatında təcrübəli komandanın fəaliyyəti çox dəqiq olubdur. Lakin əməliyyatdan sonra da bu tibbi gözləmə prosesi də dəqiq şəkildə izlənilməlidir.
Böyük İran xalqının dünya müsəlmanlarının Vəliyyi -Əmrinin barəsində etdikləri dualarının davamlı olmasına toxunan prezident Ruhani xatırladıb: Böyük Rəhbərin ümumi səhhətində heç bir problem yoxdur . Bu üzdən xalq əsla nigaranlıq keçirməməlidir və o həzrətin sağlamlığı üçün dua etməklə yanaşı onun səhhətində heç bir problemin müşahidə olmamadığı üçün rəbbimizə şükür etməliyik.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır