Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Somalidə yerləşən Əş-Şəbab təşkilatı Əhməd Qudaninin öldürüldüyünü təsdiq edib
Təşkilatın media orqanından verilən məlumatda Qudani ilə bərabər başqa bir komandirin də hava hücumu zamanı həyatlarını itirdiyi qeyd edilib.
Qudaninin yerinə Əbu Ubeydə Əhməd Ömərin gətirildiyi bildirilib və Somali hökumətinə dəstək verən Afrika qüvvələrinə qarşı mübarizənin davam etdiriləcəyi vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Müdafiə Nazirliyi Amerika ordusunun Somalidə təşkil etdiyi əməliyyatda Əş-Şəbab terror təşkilatı lideri Əhməd Qudaninin öldürüldüyünü açıqlamışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır