2 sentyabr 2014 - 04:32
Ədən körfəzində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

Qəza zamanı helikopterin göyərtəsində 25 nəfər olub. Bir neçə hərbçi yüngül xəsarət alıb, ölən yoxdur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ədən körfəzində ABŞ-a məxsus CH-53E tipli hərbi helikopter qəzaya uğrayıb.

Bu haqqda məlumatı İTAR-TASS agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadla bildirib.

Məlumata görə, qəza zamanı helikopterin göyərtəsində 25 nəfər olub. Bir neçə hərbçi yüngül xəsarət alıb, ölən yoxdur.

Qeyd olunur ki, helikopter “Mesa Verde” desant gəmisinə eniş edərkən qəzaya uğrayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags