Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İsveçrəli xristianlar İŞİD ilə döyüşməyə gedir
İsveçrəli xristianlar, Suriya və İraqdakı dindaşlarına dəstək olmaq məqsədiylə bölgəyə döyüşmək üçün getməyə başladı.
İraq və Suriyadakı dindaşlarına dəstək olmaq məqsədiylə İsveçrədən gənclər döyüşmək üçün bölgəyə gedir. Alman "Focus" jurnalı, "Terrora qarşı xaçlı birliyi" İsveçrəli xristianlar İŞİD-ə qarşı döyüşə gedir" başlıqlı xəbərində, bu günə qədər 10 nəfərin bölgəyə gedərək din qardaşlarıyla birlikdə İŞİD-ə qarşı döyüşdüyünü dərc edib. İsveçrədə döyüşə gedə bilməyən ancaq bölgədəki xristianlara dəstək olmaq istəyənlərin də pul toplamaya başladığı deyilir.
Jurnalın İsveçrədə yayımlanan "Sonntaqs Zeitunq" qəzetinə istinadən verdiyi xəbərdə, İsveçrəlilərin gizli düşərgələrdə İŞİD-ə qarşı döyüşə gedən insanları öyrətdiyi məlumatları da yer alıb.
Xəbərdə, döyüşənlərə dəstək olmaq istəyən İsveçrəli xristianların müxtəlif fəaliyyətlərlə pul yığdıqları öz əksini tapıb. İki ildən bu yana maddi dəstək toplamaya çalışanların bu günə qədər 100 ilə 200 min İsveçrə frankı yığdıqlarını dərc edən "Focus" jurnalı, siyasi dəstək üçün İsveçrəli Süryanilər Birliyi yaratdıqlarını bildirib.
İsveçrənin xalq partiyasından (SVP) Lukas Reimanna bildirib ki, haqqında danışılan kəslər cinayət törədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır