22 iyul 2014 - 11:58
 Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı

Bu barədə Vesti.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.Hadisə iyulun 20-də Buzovna qəsəbəsində, Telman küçəsindəki 24-cü binanın qarşısında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü qarşısında üstünə benzin tökərək, özünə od vurub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırıb.

Bu barədə Vesti.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.Hadisə iyulun 20-də Buzovna qəsəbəsində, Telman küçəsindəki 24-cü binanın qarşısında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü qarşısında üstünə benzin tökərək, özünə od vurub. Qohumları alovu sğndürsələr də, Qarabağ veteranının həyatını xilas etmək mümkün olmayıb. Coşqun Nuriyev 8 saat sonra xəstəxanada dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, Coşqun Nuriyev subay olub və heç bir yerdə işləmirmiş. O, bir müddət qohumlarının evində yaşayıb. Elə intihar da həmin evin qarşısında olub.

Musavat.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər