Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraqın baş naziri yarımmuxtar Kürdüstan məntəqəsini İraqın mərkəzi dövləti ilə müharibədə olan terrorçu qruplar üçün sığınacağa çevrilməkdə ittiham edib.
Nuri Əl-Maliki televiziyada öz həftəlik çıxışında deyib: Bu gərginliklərlə dolu məntəqə təkfirçi yarımhərbçilər və bəsçi terrorçuların əməliyyat mərkəzinə çevrilib.
İraqın baş naziri əlavə edib ki, onun dövləti Ərbilin Əl-Qaidə ilə əlaqədar olan qruplar üçün əmin-aman bir sığınacağa çevrilməsi qarşısında susa bilməz.
Maliki deyib ki, kürdlər vəziyyətdən sui-istifadə edib, İraq torpağına öz hökmranlıqlarını genişləndiriblər.
İŞİD-in təkfirçi yarımhərbçilərinin İraqın qərbi və şimalındakı məntəqələrin nəzarətini əllərinə aldıqları bir halda, İraq kürdləri də son həftələrdə öz nüfuz dairələrini 40%-dək genişləndiriblər.
Sionist rejimin baş naziri- Benyamin Netanyahu Kürdüstanın istiqlaliyyətini dəstəklədiyini bildirmişdi.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır