Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ayətullah Sistaninin Kərbəla nümayəndəsi Əhməd Şəfi onun siyasətçilərə xəbərdarlığını çatdırıb.
Ayətullah Sistani siyasətçilərə xəbərdarlıq edərək bildirib ki, bəziləri İraqın coğrafi, demoqrafiq və siyasi strukturunda dəyişiklik etmək üçün istismar edir. O, dərhal prezidentin, baş nazirin seçilməsini və yeni hökumətin qurulmasını istəyib.
Ayətullah Sistani həmçinin bildirib ki, minlərlə türkmən, şəbək, xristian və digər azlıqlar evlərini, yurdlarını tərk etmək məcburiyyətində qalıb və çox əlverişsiz şəraitdə yaşayırlar. İraq mərkəzi hökumətinin əsl vəzifəsi bu azlıqları dəstəkləmək və qorumaqdır.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır