4 iyul 2014 - 07:37
Ərdoğanın azərbaycanlı rəqibi söykökündən danışdı

Əslən azərbaycanlı olan Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu maraqlı açıqlamalar verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Əslən azərbaycanlı olan Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu maraqlı açıqlamalar verib.

İhsanoğlu canlı yayımda "CNN Türk"ə 9 il sonra ölkəsinə qayıtdığından və ailəsi ilə bağlı bəzi planlarının olduğundan bəhs edib.

İhsanoğlu prezidentliyə namizədliyi ilə bağlı aparılan işlərin uğurla davam etdirildiyini bildirib və soykökündən də danışıb:Atam Misirə təhsil üçün getmişdi. Daha sonra orda müəllimlik etdi. Atam və anam türkdür. Atam yozqatlı, anam rodosludur. Kimsənin ağlına fərqli bir şey gəlməsin, soyadı Hacıoğludur. Mən o iki türkün övladı olaraq doğulmuşam və həyatım boyunca başqa bir ölkənin vətəndaşı olmadım. Mən orada çox böyük xidmətlər etdim. Bunlarla fəxr etdim. Atam Misir vətəndaşı olmadığı üçün vəfatı zamanı bizə orada maddi yardım edilmədi".

Axar.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər