1 iyul 2014 - 10:45
Mosul yaxınlığında 50 İŞİD terrorçusu öldürüldü

Mosul yaxınlığında İraq ordusunun xüsusi anti-terror əməliyyatları zamanı İŞİD-ın komandirlərindən Əbu Əyman Əfqani də olmaqla, 50-dən çox terrorçu öldürülüb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mosul yaxınlığında İraq ordusunun xüsusi anti-terror əməliyyatları zamanı İŞİD-ın komandirlərindən Əbu Əyman Əfqani də olmaqla, 50-dən çox terrorçu öldürülüb.

Tikrit yaxınlığında da evlərdə aparılan əməliyyat axtarışları zamanı onlarla İŞİD terrorçusunun öldürüldüyü bildirilir.

"Forat" tv-nin yaydığı xəbərə görə, Kərkük əyalətinə yaxın bölgələrin birində İŞİD-in çeçen komandirlərindən olan Əbu Bəkr Şişani öldürülüb.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər