Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bakıdakı bəzi xəbər mənbələrinin verdiyi məlumata görə, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikasının işqal olunmuş rayonlarından üçünün qaytarılması barədə Ermənistanla razılıq əldə olunub!
Yeni Musavat qəzetinin məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov da iddia edir ki, Azərbaycanla üç rayonun qaytarılması artıq razılaşdırılıb. Onun sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya mühüm rol oynayır. Ü.Cəfərova görə, bu üzdən Azərbaycan üçün kritik vəziyyət yaranıb, çünki üç rayonun qaytarılması qarşılığında Rusiya Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb.
Son günlərdə Rusiya prezidentinin müşaviri Sergey Qlazyov “Vestnik Kavkaza”ya müsahibəsində deyib ki, “Dağlıq Qarabağ konfliktinin nizamlanması təkcə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə deyil, Avrasiya inteqrasiya layihələrinin gerçəkləşməsinə də stimul verərdi”.
Sergey Qlazyov deyib : “Azərbaycan bizim ənənəvi və xeyirxah tərəfdaşımızdır. Biz onunla hər gün işləyirik. Əfsus ki, Azərbaycan Avrasiya iqtisadi inteqrasiya layihəsində iştirak eləmir. Rusiya üçün bu, çatışmayan cəhətdir və biz bu ölkəni Avrasiya inteqrasiya prosesinin tamhüquqlu üzvü kimi görmək istərdik”.
Rus müşavirin sözlərinə görə, Rusiya rəhbərliyi Qarabağ probleminin Cənubi Qafqazın iqtisadi inkişafını nə dərəcədə əngəllədiyinin fərqindədir!
Qeyd edək ki, son günlərdə Ukrayniyanın Avropa Birliyi ilə yeni bir iqtisadi ittifağa cəlb olunması Rusiyanı da sabiq SSRİ üzvlərini Avrasiya İttifaqına üzv etmək niyyətində daha da əzmkar edib.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır