21 iyun 2014 - 12:58
İŞİD Türkiyədə terrorçu yığımına başlayıb

İŞİD Türkiyədə terrorçu yığımına başlayıb İstanbul, Ankara və Konyada broşura ilə cihadçı yığan İŞİD, müraciət edən şəxslərdən CV istədiyi ortaya çıxdı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD Türkiyədə terrorçu yığımına başlayıb İstanbul, Ankara və Konyada broşura ilə cihadçı yığan İŞİD, müraciət edən şəxslərdən CV istədiyi ortaya çıxdı.
Cenubnews.com İnternet Qəzeti "Shafaqna"a istinadən xəbər verir ki,Türkiyənin, Mosuldakı konsulluq personalını girov alan terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD) təşkilat üzvləri ilə "müqavilə" imzaladığı ortaya çıxdı. Müqavilədə, "İŞİD-ə öz razılığımla qatıldım və təşkilatın heç bir məsuliyyəti yoxdur" deyə qeyd edilib.
Belə ki,Türkiyədə "broşuralarla" özünə döyüşçü yığan İŞİD-in, təşkilata yeni üzv yığmaq üçün İstanbul, Ankara və Konyada geniş təbliğatı davam edir. Üç mərkəzdə də bu işlər üçün məsul olan və qazi adı verilən təşkilat rəhbərləri var. Məsələn Ankarada, Altındağda oturan İ. A. adlı təşkilat idarəçisi, Konyada da M. G adlı idarəçi, təşkilata üzv qazandırmaq üçün təbliğata davam edirlər.
Təşkilat rəhbərləri, müxtəlif yığıncaqlar və broşuralarla təşkilatın təbliğatını edir. Və bu yığıncaqlar nəticəsində, cihad üçün döyüşmək istəyən gənclərə çağırış edirlər. Çağırışlara müsbət cavab verən gənclərdən isə, CV tələb edilir. Və CV-də məlum istinad hissəsi qeyd edilir. Buradakı istinad hissəsindən namizədlərlə əlaqədar qısa bir araşdırma edən terror təşkilatı, təsdiqlədiyi cihadçılarla müqavilə imzalayır.
Müqavilədə, "təşkilata öz istəyi ilə qatıldığına" və öldüyü zaman ailəsinin təşkilatdan heç bir tələb etməyəcəyi ilə bağlı sözlər qeyd edilir. Müqavilənin ardından isə, təşkilat üzvləri cəm şəklində Reyhanlıdan Suriyaya aparılır. Burada altı ay onlara məcburi kurs keçirilir. Təhsilləri tamamlanan təşkilat üzvləri, daha əvvəldən yaradılan və başlarında qazi adı verdikləri təşkilat rəhbərlərinin olduğu yerlərə göndərilir.Və terror təşkilatının etdiyi cinayətlər zamanı əllərinə düşən müxtəlif bahalı əşyalar aralarında paylaşdırılır.

Cenubnews.com
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər