20 iyun 2014 - 16:38
 "İŞİD, ABŞ tərəfindən maliyyələşdirilir"

İraq və Şam İslam Dövləti ( İŞİD) adlı terrorçu qruplaşma ABŞ-ın himayəsinə malik olan böyük qruplardan biridir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq və Şam İslam Dövləti ( İŞİD) adlı terrorçu qruplaşma ABŞ-ın himayəsinə malik olan böyük qruplardan biridir.Siyasi məsələlər üzrə Amerikalı ekspert " Daniel Patrick " Press TV ilə müsahibədə bu fikri səsləndirərək dəyib : İraqda və Suriyada cinayət törədən bu terrorçu qruplaşma Amerika tərəfindən maliyyələşdirilir və onun qəddar ünsürləri İordaniya və digər ölkələrdə təlim dövrləri keçdikdən sonra Suriyaya gəlir və xalqı qətliam edir.

Patrick müsahibəsinin digər hissəsində ABŞ prezidentinin bu ölkə hərbçilərinin İraqa ehtimal olunan hücum ilə bağlı konqresin səsinə ehtiyaclı olmadığı ilə bağlı sözlərinə işarə edərək deyib : Dünyada böhranın dərinləşməsinə səbəb olan şey ABŞ-ın militarist siyasətlərindən irəli gəlir.

Qeyd edək ki , İŞİD qruplaşmasının İraq şəhərlərinə hücumu və bu terrorçu qruplaşmanın o ölkədə əhalinin əmvalını qarət etməsi bu ölkədə stabilliyi pozub. Ona görə də İraq dini mərcəyi təqlid alimləri bütün müsəlmanları bu qruplaşmaya qarşı mübarizə aparmağa çağırıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər