17 iyun 2014 - 16:10
Zərif və Amano Vyanada görüşüblər

İran İslam Respublikasının xarici işlər naziri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Vyanada İran ilə beş üstəgəl bir qrupu arasındakı danışıqlar prosesi haqda fikir mübadiləsi aparıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının xarici işlər naziri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Vyanada İran ilə beş üstəgəl bir qrupu arasındakı danışıqlar prosesi haqda fikir mübadiləsi aparıblar.

Mehr xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif bu gün Vyanada İran ilə beş üstəgəl bir qrupu arasındakı nüvə danışıqlarının ikinci günündə və beş üstəgəl bir qrupu ilə rəsmi danışıqlar başlanmazdan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru- Yukio Amano ilə görüşüb, danışıqlar aparıbdır.

İran ilə beş üstəgəl bir qrupu arasındakı nüvə danışıqları bu gün də Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru- Ketrin Eşton və İranın xarici işlər nazirinin rəsmi görüşündə aparılacaqdır.

Zərif və Eşton dünən müştərək iş naharında olublar və İran-Amerika-Eşton üçtərəfli müzakirələri də dünən günortadan sonra iki saat yarım müddətinə keçirilibdir.

İran ilə beş üstəgəl bir qrupu arasındakı ekspert danışıqları da bu gün günortadan sonra İran Xarici İşlər Nazirliyinin Beynəlxalq İxtisas və İqtisadi İşlər İdarəsinin baş müdiri və İranın nüvə ekspert müzakirə heyətinin sədri - Həmid Bəidinejadın və Eştonun köməkçisi- Stefan Klementin sədrliyi ilə keçirilir.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər