16 iyun 2014 - 13:16
"ABŞ-ın İraqda hərbi müdaxiləsinin əleyhinəyik"

İran XİN-nin sözçüsü terroçuların İraqa qarşı son hücumlarını, ölkə vətəndaşlarının İraqda keçirilən son parlament seçkilərində qələbə çalmasına reaksiya adlandıraraq deyib ki, görünür bu mühüm məsələyə bəzi ölkələr dözə bilməyiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran XİN-nin sözçüsü terroçuların İraqa qarşı son hücumlarını, ölkə vətəndaşlarının İraqda keçirilən son parlament seçkilərində qələbə çalmasına reaksiya adlandıraraq deyib ki, görünür bu mühüm məsələyə bəzi ölkələr dözə bilməyiblər.

İRİB-nin verdiyi məlumata əsasən, Mərziyyə Əfxəm müxbirlərlə müsahibəsində İraqda cərəyan edən məsələləri diqqətlə izlədiyini bildirərək deyib: Şübhəsiz ki, bu cərəyanlar İraqın siyasi gedişatını dəyişdirmək və təsirləndirmək istiqamətindədir və mövcud faktlar ABŞ-ın iraqda cərəyan edən hazırkı durumdan sui-istifadəyə yol verdiyini və seçkilərin nəticəsini qarışdırmaq niyyətində olduğunu göstərir.

Əfxəm deyib: Qətiyyətlə İraqın dincsizliyə uğramasında təsirli olan amillərdən yardım gözləmək yersizdir və bu səbəbdən İran İsalm Respublikası güclü şəkildə ABŞ-ın İraqda hərbi müdaxiləsinin əleyihinədir.

İran XİN-nin sözçüsü həmçinin terrorizmdən bir vasitə kimi istifadənin edilməsinin mənfi təsirləri və terrorçu qrupların regiondan kənar təhlükələri ilə bağlı xəbərdarlıq edərək, təkfirçi terrorizm və ekstremizmin qarşısında dövlətlər və beynəlxalq ictimaiyyətin öhədlik qəbul etməklə İraq hökumətinə dəstək vermələri üzərində təkid edib.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər