26 may 2014 - 16:21
Muhəmməd Mursi: “Sələfilər Sisidən qorxur”

Misirdə keçirilən prezident seçkisinin həqiqətdə prezident seçkisi olmadığını bildirən sabiq ölkə başçısı M. Mursi ona verilən “Siz ölkədə xalqın xiyabanlara tökülməsinin səbəbkarı olmusunuz?” sualına belə cavab verib: “Mən heç bir qanunsuz iş görməmişəm. Prezident olduğum dövrdə sadəcə viran olmuş bir ölkə mənə təhvil verilib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin prezidentlik səlahiyyətindən uzaqlaşdırılmış sabiq ölkə başçısı sələfiyönlü Muhəmməd Mursinin cəzaçəkmə müəssisəsindəki gözətçilərindən birinin bildirdiyinə görə, Mursi ölkədə keçirilən seçkiləri qeyriqanuni adlandırıb.

Misirdə keçirilən prezident seçkisinin həqiqətdə prezident seçkisi olmadığını bildirən sabiq ölkə başçısı M. Mursi ona verilən “Siz ölkədə xalqın xiyabanlara tökülməsinin səbəbkarı olmusunuz” sualına belə cavab verib: “Mən heç bir qanunsuz iş görməmişəm. Prezident olduğum dövrdə sadəcə viran olmuş bir ölkə mənə təhvil verilib.”

Sələfiyönlü sabiq ölkə başçısı bildirib: “Sələfilər həbs olunmamaq üçün Əbdül Fəttaf Sisiyə dəstək verirlər.”

M. Mursi həmçinin bildirib: “Hal hazırkı qurluş, prezident seçkilərindən sonra bizə heç bir adiatı olmayan qarşıdurmalar zamanı həbs edilmiş məhbusların azad olması və “Müsəlman Qardaşları”nın siyasi fəaliyyətinin dayandırılması məqsədi ilə bir başa “Müsəlman Qardaşları” ilə müzakirələr aparacaq. Əlbətdə bildirməliyəm ki, belə bir işin baş verməsi qeyri mümkündür.”

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər