Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Qərb NATO-nun şərqə doğru genişləndirilməsi ilə bağlı Rusiya ilə dialoqa getmir, halbuki rəsmi Moskva bununla bağlı narahatlığını hər gün bildirir”.
Belə bir açıqlamanı prezident Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı verib.
“Bizimlə heç kim hesablaşmır. Eyni vəziyyət Raketdən Müdafiə Sistemləri (RMS) ilə bağlı baş vermişdi. Prezident Medvedyev o vaxt RMS-nin onun Rusiyaya qarşı yönəlmədiyini təsdiqləyən adicə hüquqi kağızın imzalanmasının vacibliyindən danışırdı. Di gəl ki, ABŞ qəti şəkildə boyun qaçırdı. Belə dialoqmu olur?”
Putin bu xüsusda ehtiyat edir ki, Ukrayna yekunda NATO-ya daxil olacaq və yenə də Moskva ilə keç kim dialoq aparası olmayacaq.
Axar.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır