23 may 2014 - 14:12
İran hərbi təlimlərə başlayıb

İran İslam Respublikasının silahlı qüvvələrinin Briqada generalı Əhməd Rza Purdistaninin komandanlığı altında “Beytul-Müqəddəs” təlimlərinə başlanılıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının silahlı qüvvələrinin Briqada generalı Əhməd Rza Purdistaninin komandanlığı altında “Beytul-Müqəddəs” təlimlərinə başlanılıb.

İsfahan vilayətinin Mərəncab səhrasında keçirilən təlimlərdə yeni növ silahlar və raketlər sınaqdan keçirlib.Sınaqdan keçirilən raketlər “Fəcr”, ”Naziat” raketlərindən və yeni idarə edilə bilən raketlərlə təchiz olunmuş vertalyotlardan ibarətdir.Təlimlərdə artilleriyadan, hava desant qoşunlarından, pilotsuz təyyarələrdən və tank bölmələrindən geniş şəkildə istifadə edilib

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər